Bank Of Baku

Türkiyədə zəlzələ zamanı 1 nəfər ölüb, 226 nəfər yaralanıb

Türkiyədə zəlzələ zamanı 1 nəfər ölüb, 226 nəfər yaralanıb
# 24 may 2014 15:21 (UTC +04:00)

APA-nın Türkiyənin “Vatan” qəzetinə istinadən verdiyi məlumata görə, Çanaqqalanın Gökçeada rayonunda bir neçə evdə çat yaranıb, damlar çöküb.

 

Ən çox yaralı Çanaqqalada olub, burada 86 yaralı xəstəxanaya yerləşdirilib. 5 nəfər zəlzələ zamanı özlərini binalardan atması nəticəsində xəsarət alıb.

 

Həyəcandan ürək tutması nəticəsində ölüm faktı isə Tekirdağdada qeydə alınıb. Tekirdağda bir məscidin minarəsi dağılıb.

 

Qeyd edək ki, bu gün saat 14:26 radələrində Türkiyədə 6,5 bal gücündə zəlzələ baş verib. Zəlzələnin episentri Çanaqqalanın Gökçeada rayonunun qərbində, Egey dənizində olub.  Daha sonra maksimum 5,3 bal olmaqla, gücü 3 baldan böyük 13 ardıcıl təkan qeydə alınıb. Zəlzələ Boludan Ədirnəyə, İstanbuldan İzmirə, Çanaqqaladan Eskişəhərə qədər geniş bir ərazidə hiss edilib. Ədirnə və Çanaqqalada bəzi yaşayış məntəqələrində binalarda çatlar əmələ gəlib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR