Bakı-APA.Türkiyənin Şanlıurfa vilayətində törədilən partlayış nəticəsində 1 polis əməkdaşı həlak olub, 3-ü yaralanıb.
APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, terrorçuların tutulması üçün bölgədə əməliyyat başlayıb.
***
21:39
Bakı-APA.Türkiyənin Şanlıurfa vilayətində zirehli polis avtomobilinin keçdiyi zaman partlayış baş verib.
APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, Viranşehir-Şanlıurfa şosesində terrorçuların yola basdırdığı partlayıcı qurğu işə düşüb.
Partlayışda yaralananların olduğu bildirilir. Hadisə yerinə polis və təcili tibbi yardım briqadaları cəlb edilib.