Bakı-APA. Türkiyənin 2016-cı ilin iyunun 1-dən etibarən Aİ üzvü olmayan 89 ölkəyə viza rejimi tətbiq edəcəyi ilə bağlı KİV-də yayılan məlumatlar həqiqəti əks etdirmir. APA-nın “Anadolu”ya istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyənin Aİ məsələləri üzrə naziri Volkan Bozkır “Tvitter” səhifəsində bildirib.
Onun sözlərinə görə, XİN bununla bağlı bəyanat da yayıb: “Biz üçüncü ölkələrə viza rejimini yalnız Aİ-yə üzv olduqdan tətbiq edə bilərik”.
“Bizim məqsədimiz vətəndaşlarımızın 2016-cı ilin oktyabrından Şengen zonası ölkələrinə vizasız səfər etməsini təmin etməkdir. Biz bu istiqamətdə işləri davam etdiririk. Bu, mənbəyi məlum olmayan xəbər isə həqiqəti əks etdirmir. Səlahiyyətli qurumların bəyanatlarına etibar etmək gərəkdir”, deyə Volkan Bozkır qeyd edib.