Bank Of Baku

Türkiyənin baş naziri və ABŞ-ın vitse-prezidenti arasında telefon danışığı olub

Türkiyənin baş naziri və ABŞ-ın vitse-prezidenti arasında telefon danışığı olub
# 08 aprel 2017 09:33 (UTC +04:00)

Türkiyənin baş naziri Binəli Yıldırım və ABŞ-ın vitse-prezidenti Mayk Pens arasında telefon danışığı olub.

 

APA-nın "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, B. Yıldırım həmsöhbətinə deyib ki, Suriya rejiminin İdlibdə kimyəvi silahdan istifadə etməsinə ABŞ-ın verdiyi cavab bəşər vicdanına və dünya ictimaiyyətinin hisslərinə uyğun olub. O bildirib ki, Türkiyə ABŞ-ın Suriya məsələsində daha aktiv olmasını gözləyir və bu məqsədlə hər cür dəstək verməyə hazırdır.   

 

Türkiyənin hökumət başçısı Suriyada təhlüksizlik zonası yaradılması məsələsini bir daha qaldırıb. O qeyd edib ki, əks halda, Türkiyəyə yeni köç dalğası gələ bilər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR