Bank Of Baku

Türkiyənin Suriya ilə həmsərhəd rayonunun əhalisi təxliyə edilir

Türkiyənin Suriya ilə həmsərhəd rayonunun əhalisi təxliyə edilir
# 24 avqust 2016 03:37 (UTC +04:00)

Bakı-APA. Türkiyə hakimiyyəti  Suriya ilə həmsərhəd Qaziantep əyalətinin Qaraqamış rayonunun əhalisini təxliyə edir.  

 

APA-nın xəbərinə görə, bu barədə “СNN Turk” telekanalı məlumat yayıb.

 

Bundan əvvəl Qaraqamış rayonu Suriyanın şimalındakı Carablus şəhərindən atəşə tutulub. Mərmilərdən biri Qaraqamış meriyasının qarşısında partlayıb. Türkiyə İŞİD-in mövqelərinə artilleriyadan cavab zərbələri endirib.

 

Polis yerli əhalini rayonu tərk etməyə çağırıb. Könüllü şəkildə həyata keçirilən evakuasiya üçün avtobuslar cəlb olunub. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR