Bank Of Baku

Uilyam Heyq: “Ukraynadakı iğtişaşlar prezident seçkilərinin pozulmasına yönəlib”

Uilyam Heyq: “Ukraynadakı iğtişaşlar prezident seçkilərinin pozulmasına yönəlib”
# 07 may 2014 09:24 (UTC +04:00)

APA-nın “Sinhua” agentliyinə istinadən verdiyi məlumata görə, belə bir bəyanatla Böyük Britaniyanın xarici işlər naziri Uilyam Heyq çıxış edib.

 

O, Avropa ölkələrinin xarici işlər nazirlərini Ukraynada mayın 25-də keçiriləcək prezident seçkilərini dəstəkləmək üçün bir araya gəlməyə çağırıb.

 

“Rusiyanın bu seçkilərin baş tutmamasını arzulaması açıq-aşkardır. Ukraynanı dəstəkləyən xalqlar bu ölkənin şərqində yaşanan böhranın diplomatik həll yolunu tapmağa hazırdırlar. Lakin bu məsələdə Rusiyanın öhdəlik götürməsi lazımdır”, - deyə o vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR