APA-nın RBK-ya istinadən verdiyi xəbərə görə, bu barədə Brüsseldə Ukrayna müdafiə nazirinin səlahiyyətlərini icra edən Mixail Koval NATO-dakı həmkarları ilə görüşü zamanı bildirib.
Koval keçirilən əməliyyatı kifayət qədər uğurlu olduğunu qeyd edib, lakin onun nə vaxtadək davam edəcəyini açıqlamayıb. O qeyd edib ki, Ukrayna ordusu dinc əhali arasında itkilərin olmamasına çalışır. Koval dinc əhali arasında ölənlərin sayı barədə onda dəqiq məlumatın olmadığını bildirib.