Bank Of Baku

Vanda “I dünya müharibəsində ermənilər” mövzusunda beynəlxalq konfrans keçirilir

Vanda “I dünya müharibəsində ermənilər” mövzusunda beynəlxalq konfrans keçirilir
# 24 aprel 2014 23:42 (UTC +04:00)

APA-nın Türkiyə müxbirinin verdiyi məlumata görə, Türk Tarix Qurumu və Van 100-cü il universitetinin birgə təşkil etdiyi konfransın ilk günündə I dünya müharibəsi ərəfəsində rus işğalı altında olan Van bölgəsində ermənilərin yerli türk əhaliyə qarşı törətdikləri soyqırım faktları elmi dəlillər işığında müzakirə edilib. 


Konfransda çıxış edən Kayseri universitetinin dosenti Qafar Çaxmaqlı I dünya müharibəsində bölgədə tüğyan edən erməni terroru barədə konfrans iştirakçılarına ətraflı məlumat verib. Rusiyadan və İrandan gəlmiş alimlər isə I dünya müharibəsində Osmanlı imperiyasının cənub-şərq bölgələrində və İranın Təbriz və  Urmiya vilayətlərində  ermənilərin Türk etnosuna qarşı törətdiyi soyqırım faktları barədə arxiv sənədlərinə söykənən məruzələr ediblər.


Türkiyənin və dünyanın müxtəlif elm ocaqlarının tanınmış mütəxəssislərinin iştirak etdiyi beynəlxalq konfransın ikinci günündə elm adamlarına bölgədə aparılmış qazıntılar nəticəsində ortaya çıxarılan və ermənilərin Türk etnosuna qarşı soyqırım törətdiklərini sübut edən məkanlar göstəriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR