Bu gün Çexiyanın paytaxtı Varşavada Şopen adına aeroportda yerləşən əsas yük terminalında zəhərli maddə sızması baş verib.
APA-nın məlumatına görə, bu barədə "RMF FM" radiosu məlumat yayıb.
Yük terminalından 11 nəfər evakuasiya edilib. Həmin şəxslərdən 4-ü xəstəxanaya yerləşdirilib. Onlar baş ağrısı və ürəkbulanmadan şikayət edirlər.
Hazırda mütəxəssis qrupu maddə ilə bağlı araşdırma aparır.