Bakı-APA. Vyanada ABŞ dövlət katibi Con Kerri ilə İran xarici işlər naziri Məhəmməd Cavad Zərif arasında görüş keçirilir.
APA-nın məlumatına görə, bu, sutka ərzində ikinci görüşdür.
Qeyd edək ki, iyulun 13-də “altılıq” ölkələrinin nümayəndələri İranla iyulun 20-dək imzalanacaq sazişin hazırlanmasını sürətləndirməyə cəhd ediblər. Gün ərzində həm ikitərəfli, həm də üçtərəfli formatda görüşlər keçirilib.
Həmkarlarından fərqli olaraq ABŞ dövlət katibi daha bir gün Vyanada qalmaq qərarına gəlib. Bundan öncə İran XİN başçısı ilə görüş keçirən C.Kerri danışıqları müsbət dəyərləndirib.