Bank Of Baku

XİN: Misirdə hotelə hücum zamanı 2 Avstriya vətəndaşı yaralanıb

XİN: Misirdə hotelə hücum zamanı 2 Avstriya vətəndaşı yaralanıb
# 09 yanvar 2016 00:31 (UTC +04:00)

Bakı-APA. Misirin Xurqada şəhərində naməlum silahlıların “Bella Vista Resort” hotelinə hücumu zamanı 2 Avstriya vətəndaşı yaralanıb.

 

APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, Avstriyanın xarici işlər naziri Sebastyan Kurts məlumatı təsdiqləyib.

 

Son məlumatlara əsasən, Xurqadada baş vermiş silahlı insident nəticəsində 3 turist yaralanıb. Onlardan 2-sı Avstriya, 1 isə İsveç vətəndaşıdır.

 

Xatırladaq ki, yanvarın 8-də Hurqada kurort şəhərində yerləşən hotel naməlum silahlıların hücumuna məruz qalıb. Polis hotelə hücum edən 3 silahlını məhv edib. Hadisə ilə əlaqədar Misir ordusu ölkənin strateji və turist obyektlərini nəzarət altına götürüb.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR