Bank Of Baku

Xorvatiyanın baş naziri general Pralyakın ölümünü təsdiqləyib - YENİLƏNİB

Xorvatiyanın baş naziri general Pralyakın ölümünü təsdiqləyib - <span style="color: red;">YENİLƏNİB
# 29 noyabr 2017 18:06 (UTC +04:00)

Sabiq Xorvat müdafiə şurasının rəhbəri Slobodan Pralyak Haaqada Beynəlxalq Tribunalın apellyasiya komissiyasının keçmiş Yuqoslaviya üzrə iclasında zəhərli maddəni qəbul etdikdən sonra keçinib.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Xorvatiyanın baş naziri Andrey Plenkoviç bildirib.

 

S. Pralyak 2013-cü ildə hərbi cinayətlərə görə 20 il müddətinə azadlıqdan məhrum edilib. Bu gün məhkəmə hökmün qüvvədə qaldığını təsdiqləyib.

 

***

 

16:16

 

Haaqada Beynəlxalq Tribunalın apellyasiya komissiyasının keçmiş Yuqoslaviya üzrə iclasında qərar açıqlandıqdan sonra xorvat general Slobodan Pralyak zəhər içib.

 

APA-nın BBC-yə istinadən verdiyi məlumata görə, məhkəmə hökmünün qüvvədə qaldığını öyrənən S. Pralyak hakimə zəhər qəbul etdiyini bildirib.

 

S. Pralyak məhkəmənin qərarından sonra stəkandakı mayeni içib. Vəkili stəkanda zəhər olduğunu təsdiqləyib. Hakim dərhal məhkəməni bağlı elan edib. S. Pralyakın sağlıq durumu haqqında məlumat verilmir.

 

Qeyd edək ki, S. Pralyak 2013-cü ildə hərbi cinayətlərə görə 20 il müddətinə azadlıqdan məhrum edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR