Bank Of Baku

Xəlifə Həftarın ordusu Liviya hökumətinə məxsus hərbi təyyarəni vurub

Xəlifə Həftarın ordusu Liviya hökumətinə məxsus hərbi təyyarəni vurub
# 10 aprel 2019 23:13 (UTC +04:00)

Xəlifə Həftarın rəhbərlik etdiyi Liviya Milli Ordusu (LMO) Tripoli yaxınlığında Milli Razılıq Hökumətinin hərbi hava qüvvələrinə məxsus təyyarəni vurub.

ONA-nın “TASS” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə LMO-nun rəsmi nümayəndəsi, briqada generalı Əhməd əl-Mismari açıqlama yayıb.

“Hərbi qüvvələrimiz Misuratdakı hərbi bazadan Tripoli istiqamətində havaya qalxan hərbi təyyarəni vurub”, - əl-Mismari belə deyib.

Qeyd edək ki, bundan bir qədər sonra Milli Razılıq Hökumətinin rəsmi nümayəndəsi "Al Jazeera" agentliyinə məlumatın yanlış olduğu, LMO tərəfindən onlara məxsus heç bir təyyarənin vurulmadığı barədə açıqlama verib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR