Bank Of Baku

Yaponiyanın xarici işlər və müdafiə nazirləri ABŞ-a səfər edəcək

Yaponiyanın xarici işlər və müdafiə nazirləri ABŞ-a səfər edəcək
# 16 aprel 2019 06:39 (UTC +04:00)

Yaponiyanın xarici işlər naziri Taro Kono və müdafiə naziri Takesi İvaya bu həftə Vaşinqtona səfər edəcəklər.

ONA TASS-a istinadən xəbər verir ki, onlar ABŞ paytaxtında “2+2” formatında dövlət katibi Mayk Pompeo və müdafiə nazirinin səlahiyyətlərini icra edən Patrik Şanaxan ilə görüşəcəklər. 

T. İvayanın bildirdiyinə görə, Yaponiya ABŞ-ın müdafiə siyasətini dəstəkləyir və əməkdaşlığı genişləndirmək istəyir.

Görüş zamanı bir sıra məsələlər, o cümlədən ötən həftə Yaponiyada baş vermiş F-35 təyyarə qəzası ətrafında müzakirələr aparılacaq.

Görüşün yekunlarına dair sənədlərin imzalanması və mətbuat konfransı nəzərdə tutulub. 
 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR