Yaponiyada 7,6 maqnitudalı zəlzələ olub, qərb sahillərini sunami vurub - YENİLƏNİB-4 - VİDEO

Yaponiyada 7,6 maqnitudalı zəlzələ olub, qərb sahillərini sunami vurub - YENİLƏNİB-4  - VİDEO
# 01 yanvar 2024 15:41 (UTC +04:00)

Yaponiyada 7,6 maqnitudalı zəlzələ nəticəsində İsikava əyalətində 100-dən çox binaya zərər dəyib, bəziləri dağılıb.

APA-nın xəbərinə görə, bu barədə NHK telekanalı yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.

İsikava əyalətinin qonşuluğundakı Toyana əyalətində də dağıntılar var.

Yaponiya Nazirlər Kabinetinin baş katibi Yosimas Xayasi minimum 6 evin dağıldığını, dağıntılar altında insanların qalmasının istisna edilmədiyini bildirib.

***

saat 14.06

Yaponiyanın qərb sahillərini sunami vurub.

APA-nın TASS-a istinadən xəbərinə görə, bəzi yerlərdə sunami dalğalarının hündürlüyü 5 metrə çatır.

Hələlik dağıntı və tələfat barədə məlumat verilməyib.

***

saat 12.20

Bu gün Yaponiyada qeydə alınan 7,6 maqnitudalı zəlzələnin ocağı Anamizu şəhərindən 42 km uzaqlıqda dənizdə yerləşib.

APA-nın xəbərinə görə, bu barədə Yaponiya Milli Meteorologiya İdarəsi məlumat yayıb.

Yerli vaxtla saat 16.10-da baş verən zəlzələnin ocağı 10 km dərinlikdə yerləşib.

***

saat 12.05

Yaponiyada 4 dəqiqə ara ilə 7,6 və 6,3 maqnitudalı zəlzələ olub.

APA-nın xəbərinə görə, bu barədə Yaponiya Milli Meteorologiya İdarəsi məlumat yayıb.

Zəlzələlər İsikava və Niiqata əyalətlərində qeydə alınıb.

***

saat 11.53

Yaponiyanın mərkəzində güclü zəlzələlər olub.

APA-nın Yaponiya Milli Meteorologiya İdarəsinə istinadən verdiyi xəbərə görə, gücü 7,4 maqnitudaya çatan zəlzələlər İsikava və Niiqata əyalətlərində qeydə alınıb.

Hələ ki, dağıntı və tələfat barədə məlumat daxil olmayıb. Ancaq ölkənin qərb sahillərində hündürlüyü 5 metrə çatacaq sunami təhlükəsi elan olunub. Yerli sakinlər təcili sahil zonaları tərk etməyə, yaxud binaların damına çıxmağa çağırılıb.

İndiyə qədər 3 dəfə güclü zəlzələ xəbərdarlığı elan olunub. Yerli sakinlər növbəti yeraltı təkanlara hazır olmağa çağırılıb.

***

saat 11.39

Yaponiyada sunami təhlükəsi elan edilib.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, meteoroloqlar ölkənin qərb sahillərində sunaminin hündürlüyünün 5 metrə çatacağını bildiriblər.

Əhali təcili olaraq sahil zonaları tərk etməyə, yaxud binaların damına çıxmağa çağırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR