Bank Of Baku

Yeni reallıq - Türkiyə xarici enerji asılılığından azad olur

Yeni reallıq - Türkiyə xarici enerji asılılığından azad olur
# 05 may 2023 18:15 (UTC +04:00)

Türkiyə son illər regionun siyasi və iqtisadi mərkəzinə çevrilərək, yeni imkan və fürsətlər əldə edir. Bunlardan biri də energetika sahəsindəki kəşf və nailiyyətlərdir.

APA xatırladır ki, Türkiyə bu gün Azərbaycanla birgə Avropanın enerji təhlükəsizliyini təmin edən açar ölkə halına gəlib. TANAP qaz kəməri ilə yanaşı, Bakı-Tbilisi-Ceyhan neft kəməri də dünya enerji xəritəsini dəyişə bilib.

Nəzərə yetirsək ki, Türkiyənin ixracat potensial hər gün artır, enerjidə, xüsusən, təbii qaz və neftə tələbatı da yüksəlir. Bu xüsusda son zamanlar önəmli xəbərlər yer alıb. Türkiyə Qara dənizdə kəşf etdiyi qazı artıq quruya çatdırmağa başlayıb, “Akkuyu” Atom Elektrik Stansiyasına nüvə yanacağı gətirilib və nəhayət Qabar və Cudi dağlarında neft kəşf edilib. Bu hadisələr Ankaraya həm daxili, həm də xarici siyasətdə daha əmin addımları atmağa imkan yaradır.

Məsələn, Türkiyənin Qara dənizdəki yataqlardan 710 milyard kubmetr miqdarında əldə edəcəyi təbii qaz ölkənin idxaldan asılılığını 25-30% azaltmağa imkan verəcək. Bu, həm də əhaliyə verilən təbii qazın qiymətinin ucuzlaşmasına yol açır. Nəzərə yetirək ki, Türkiyə indiyədək istehlak etdiyi qazın cəmi 1 faizini özü istehsal edir.

Neft sektoruna gəldikdə isə, ölkənin cənub-şərqində kəşf edilən yeni neft yatağının potensialı 1 mlrd. barel səviyyəsində qiymətləndirilir. Kəşf olunan yatağın ehtiyatlarının dəyəri 80 mlrd. dollar civarında qiymətləndirilir, bu da Türkiyə iqtisadiyyatına ildə 3-3,5 mlrd. dollar töhfə deməkdir. Şirnak vilayətinin Qabar dağ silsiləsi bölgəsində aşkar edilən neft yatağının gündəlik hasilat gücü 100 min bareldir.

5 il əvvəl Türkiyənin neft hasilatı sutkada 40-50 min barel idi. Keçən ili 80 min barellə yüksəldi. Yeni kəşf edilən yataqlar ilə bir neçə ildən sonra əlavə 100 min barel hasil etmək imkanı olacaq. Beləliklə, Türkiyənin illik istehsalı, istehlakının 20 faizini, bəlkə də bir az da çoxunu ödəyə biləcək. Türkiyənin idxalında ən vacib maddələrdən biri enerji məhsullarıdır. Təkcə ötən il neft və təbii qaz da daxil olmaqla 95 milyard dollarıq enerji idxalı olub.

Son olaraq isə, Türkiyə iqtisadiyyatına və enerji sektoruna önəmli töhfə verəcək “Akkuyu” Atom Elektrik Stansiyasına 27 aprel tarixində nüvə yanacağı gətirilib. Bu ölkə üçün son dərəcə kritik məsələdir. Bütün dünyanın yenidən nüvə enerjisində ehtiyac olduğunu düşündüyü zaman, Ankara bu sahədə də arzularını gerçəkləşdirir. 20 milyard dollarıq bir sərmayə olan “Akkuyu”nun tam işə salınması Türkiyəyə təbii qaz idxalını illik 1,5 milyard dollara qədər azaltmağa imkan verəcək.

Ankara ən qısa zamanda, ikinci və üçüncü AES-lərin də inşasını planlaşdırır.

Bütün bunları nəzərə alaraq, demək olar ki, iqtisadi potensialı və siyasi önəmi artan Türkiyə xarici mənbələrdən asılılığını ciddi şəkildə azaltmaq və daha müstəqil aktor olmaq niyyətindədir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR