Bank Of Baku

Yunanıstan pandemiya ilə bağlı məhdudiyyətləri müvəqqəti ləğv edir

Yunanıstan pandemiya ilə bağlı məhdudiyyətləri müvəqqəti ləğv edir
# 14 aprel 2022 20:33 (UTC +04:00)

Yunanıstanda yay fəslində koronavirusla bağlı bəzi məhdudiyyətlər ləğv ediləcək.

APA-nın xəbərinə görə, bu barədə ölkənin səhiyyə naziri Tanos Plevris bildirib.

Nazir qeyd edib ki, turizm mövsümündə ticarət mərkəzlərinə giriş üçün vaksin sertifikatı və maska tələb olunmayacaq.

Mayın 1-dən avqustun 31-dək restoran, bar və ticarət mərkəzlərinə giriş üçün vaksin sertifikatı tələb olunmayacaq. İyunun 1-dən isə qapalı məkanlarda maska tələbi ləğv ediləcək. Ölkəyə giriş üçün vaksin sertifikatı tələbi isə qüvvədə qalır.

Nazir qeyd edib ki, sentyabrda vəziyyət yenidən təhlil edilərək müvafiq qərar veriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR