Yunanıstanın sahil mühafizə xidməti yelkənli gəmi ilə Egey dənizini keçməyə çalışan 36 qanunsuz miqrantı xilas edib.
APA xəbər verir ki, bu barədə EPT1 kanalı məlumat yayıb.
Xilas edilənlər müxtəlif ölkələrin vətəndaşlarıdır və aralarında 11 uşaq da var. Onlar Monevmasiyadakı miqrantların saxlanma mərkəzinə gətiriliblər.