Bank Of Baku

Yunanıstan XİN başçısı Çavuşoğluna başsağlığı məktubu ünvanlayıb

Yunanıstan XİN başçısı Çavuşoğluna başsağlığı məktubu ünvanlayıb
# 15 oktyabr 2022 13:31 (UTC +04:00)

Yunanıstan xarici işlər naziri Nikos Dendias Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğluna başsağlığı məktubu ünvanlayıb.

APA xəbər verir ki, bu barədə Yunanıstan XİN başçısı "Twitter" hesabında bildirib.

"Türkiyənin Bartın vilayətində kömür mədənində baş verən partlayış nəticəsində faciəvi şəkildə həlak olan insanlarla bağlı xəbərdən dərindən kədərləndim. Həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir, xəsarət alanlara isə tezliklə şəfa diləyirəm. Türkiyəli həmkarıma ünvanladığım məktubda başsağlığımı ifadə etdim", Yunanıstan XİN başçısı qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR