Bank Of Baku

Yunanıstanda dəmir yolu binasında çanta partlayıb

Yunanıstanda dəmir yolu binasında çanta partlayıb
# 12 aprel 2025 03:16 (UTC +04:00)

Yunanıstanın paytaxtı Afinada dəmir yolu şirkətinin əsas binasında şübhəli çantanın partladığı bildirilir.

APA xəbər verir ki, Yunanıstanda naməlum şəxslər yerli vaxtla saat 20:35-də Yunan qəzetinə və internet saytına zəng ediblər.

Həmin şəxslər təxminən 35-40 dəqiqə ərzində paytaxt Afinada “Hellenic Train” dəmir yolu şirkətinin əsas ofisində partlayış olacağını deyiblər.

Yunanıstan Dövlət Televiziyası ERT-nin məlumatına görə, ərazidə aşkarlanan şübhəli çanta göstərilən vaxtda partlayıb.

Hadisə zamanı insan tələfatının olub-olmaması ilə bağlı məlumat verilməyib.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR