Yunanıstanda İkinci Dünya Müharibəsinə aid bomba zərərsizləşdirilib.
APA xəbər verir ki, bu barədə yerli “Kathimerini” nəşri yazıb.
Paytaxt Afina şəhərinin yaxınlıqda aşkar olunan bombanın partladılması üçün ətrafda yaşayan sakinlər müvəqqəti olaraq təxliyə edilib. Ərazidəki bir neçə əsas prospekt təhlükəsizlik məqsədilə bağlanıb.
Sursat məhv edildikdən sonra prospekt nəqliyyata açılıb.