Ukrayna ordusunun hücumları dalana dirənib.
APA xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Valeri Zalujnı “The Economist” jurnalına müsahibəsində bunu etiraf edib.
Onun sözlərinə görə, hücumları genişləndirmək və Rusiya ordusunun müdafiə xəttini yara bilmək üçün yeni texnologiyalar lazımdır, əks halda Ukrayna qoşunları cəbhədə irəliləyişə nail ola bilməyəcək.
Komandan onu da əlavə edib ki, Ukrayna ordusunun ilk uğursuz əks-hücum əməliyyatından sonra o, bəzi ordu komandirlərini dəyişib və bir sıra briqadaların hərbçilərini ön cəbhəyə göndərib, lakin heç bir nəticə əldə olunmayıb.