Zaporojye Atom Elektrik Stansiyasına (AES) xarici mənbədən verilən elektrik enerjisi bərpa olunub.
APA xəbər verir ki, bu barədə AEBA-nın baş direktoru Rafael Qrossi "Twitter"də bildirib.
Onun sözlərinə görə, bu barədə ona AES-dəki AEBA-nın komandası tərəfindən məlumat verilib.
“AES-in operatoru bildirir ki, bu səhər enerjinin kəsilməsi vəziyyətin nə qədər təhlükəli olduğunu göstərir. Enerjinin kəsilməsi uzaqda yerləşən yarımstansiyaya atəş nəticəsində baş verib. Ərazidə tez zamanda mühafizə zonasının yaradılması vacibdir”, - Qrossi qeyd edib.
***
11:52
Zaporojye Atom Elektrik Stansiyasına (AES) xarici mənbədən verilən elektrik enerjisi kəsilib.
APA xəbər verir ki, bu barədə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Rafael Qrossi "Twitter"də bildirib.
“Zaporojye AES-dəki komandamız bu gün səhər mənə məlumat verdi ki, 5 gün ərzində ikinci dəfə stansiyaya xarici mənbədən enerji kəsilib. Onun ehtiyat dizel generatorları indi nüvə təhlükəsizliyi və təhlükəsizlik funksiyaları üçün elektrik enerjisi təmin edir”, - AEBA-nın baş direktoru deyib.
O əlavə edib ki, AES-in kənar enerjisinin dəfələrlə kəsilməsi dərin narahatlıq doğuran hadisədir: “Bu, ərazinin ətrafında nüvə təhlükəsizliyinə və mühafizə zonasına təcili ehtiyac olduğunu göstərir”.