Ukraynanın Dnepr çayının sol sahilində, Enerqodar şəhəri yaxınlığında yerləşən Zaporojye AES-in elektrik enerjisi dizel generatorlarla təmin edilir.
APA xəbər verir ki, bu barədə AES-in “Telegram” kanalında məlumat verilib.
Qeyd olunub ki, buna səbəb Dnepr yüksək gərginlikli (750 kilovolt) elektrik xətti ilə enerji təminatının dayandırılmasıdır.
Stansiyadan verilən məlumata əsasən, sanitar mühafizə və müşahidə zonasında radiasiya fonu normaldır.
Hazırda xəttin kəsilməsinin səbəbləri araşdırılır.