Bank Of Baku

Zaxarova: Rusiya, Ukrayna və Türkiyə taxıl dəhlizi ilə bağlı görüşü razılaşdırmayıb

Zaxarova: Rusiya, Ukrayna və Türkiyə taxıl dəhlizi ilə bağlı görüşü razılaşdırmayıb
# 03 may 2023 13:03 (UTC +04:00)

Rusiya Federasiyası, Ukrayna və Türkiyə nümayəndə heyətlərinin Qara dəniz taxıl təşəbbüsü məsələsi üzrə mümkün görüşü məsələsi razılaşdırılmayıb.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu bu gün Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

“Görüş razılaşdırılmayıb. Razılaşdırılan kimi məlumat verəcəyik”, - deyə Rusiya XİN sözçüsü vurğulayıb.

Zaxarova bildirib ki, mayın 5-də Moskvada nümayəndə heyətləri ilə BMT nümayəndələri arasında taxıl sazişi üzrə danışıqların növbəti raundu keçiriləcək.

O əlavə edib ki, taxıl sazişi tərəflərinin yüksək səviyyəli görüşünün keçirilməsi müzakirə olunur, tarix dəqiqləşdirilməyib.

Qeyd edək ki, Türkiyənin müdafiə naziri Hulusi Akar mayın 5-də İstanbulda Türkiyə, Rusiya və Ukrayna nümayəndə heyətlərinin taxıl sazişi ilə bağlı görüş keçirməyi planlaşdırdığını açıqlayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR