Paşha Bank
Bank Of Baku

Zelenski: Almaniya ilə 8,5 milyard avro dəyərində 15 saziş imzalanıb

Ukrayna Prezidenti Volodimir Zelenski və Almaniya kansleri Fridrix Merts

© APA | Ukrayna Prezidenti Volodimir Zelenski və Almaniya kansleri Fridrix Merts

# 05 oktyabr 2026 15:27 (UTC +04:00)

Ukrayna və Almaniya arasında ümumi dəyəri 8,5 milyard avrodan çox olan 15 saziş və sənəd imzalanıb.

APA xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Almaniya kansleri Fridrix Mertslə Kiyevdə görüşündən sonra bildirib.

Onun sözlərinə görə, sazişlər təhlükəsizlik əməkdaşlığı, müdafiə sənayesi, silah və avadanlıqların alınması, eləcə də Ukraynada birgə layihələri əhatə edir.

Zelenski qeyd edib ki, əməkdaşlığın əsas istiqamətlərindən biri pilotsuz uçuş aparatlarına qarşı mübarizə imkanlarının, o cümlədən ələkeçirici dronların, kiçik raketlərin, radarların, pilotsuz yerüstü sistemlərin və artilleriyanın inkişaf etdirilməsidir.

Ukrayna Prezidenti hava hücumundan müdafiənin gücləndirilməsi və Almaniyada “Patriot” sistemləri üçün raket istehsalının artırılması istiqamətində də işlərin davam etdiriləcəyini bildirib.

Zelenski həmçinin Almaniyanın digər Avropa ölkələri və şirkətləri ilə birlikdə FREYJA proqramında iştirakını xüsusi qeyd edib. Proqram Avropada ballistik raketlərə qarşı müdafiə imkanlarının yaradılmasını nəzərdə tutur.

Bundan əlavə, tərəflər Ukraynanın enerji sektoruna dəstəyi müzakirə ediblər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR