Bank Of Baku

Zelenski Almaniyaya gedib

Ukrayna Prezidenti Vladimir Zelenski

© APA | Ukrayna Prezidenti Vladimir Zelenski

# 06 sentyabr 2024 12:08 (UTC +04:00)

Ukrayna Prezidenti Vladimir Zelenski Almaniyaya gedib. O, Ramşteyn aviabazasında Təmas Qrupunun iclasında iştirak edəcək.

APA xəbər verir ki, bu barədə o, “X” platformasındakı paylaşımında bildirib.

“Mən Təmas Qrupun iclasında iştirak edəcəyəm və ABŞ-nin müdafiə naziri Lloyd Ostin və Almaniyanın müdafiə naziri Boris Pistorius ilə görüşəcəyəm, daha sonra isə Almaniya Kansleri Olaf Şoltsla danışıqlar aparacağam”, -o qeyd edib.

Vladimir Zelenski onu da bildirib ki, Almaniyadan sonra növbəti səfəri İtaliyaya olacaq. O, İtaliyada “Ambrozetti” Beynəlxalq İqtisadi Forumunda iştirak edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR