Bank Of Baku

Zelenski AŞPA-da Türkiyəyə təşəkkür edib

Vladimir Zelenski

© APA | Vladimir Zelenski

# 13 oktyabr 2022 12:55 (UTC +04:00)

Ukrayna Prezidenti Vladimir Zelenski AŞPA-nın payız sessiyası zamanı videokonfrans vasitəsilə çıxış edib.

APA-nın Avropa bürosu xəbər verir ki, o, çıxışında Ukraynaya dəstək olan ölkələrə təşəkkür edib, bu ölkələr sırasında Türkiyənin də adını çəkib.

Zelenski, “Azov” alayının hərbi əsirlərinin geri qaytarılmasında oynadığı rola görə Türkiyəyə minnətdarlığını bildirib.

Qeyd edək ki, ötən ay Zelenski Rusiyanın 215 məhbusu, o cümlədən ukraynalı sərhədçilər, polislər, hərbçilər və həmçinin “Azov” döyüşçülərini azad etdiyini açıqlamışdı. Əsir mübadiləsi Türkiyənin vasitəçiliyindən sonra, ciddi məxfiliklə aparılan danışıqlar nəticəsində aparılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR