Bank Of Baku

Zelenski: Baydenin Ukraynaya səfərinin nəticəsi döyüş meydanında da hiss olunacaq

Zelenski: Baydenin Ukraynaya səfərinin nəticəsi döyüş meydanında da hiss olunacaq
# 20 fevral 2023 15:25 (UTC +04:00)

ABŞ Prezidenti Co Baydenin Ukraynaya səfərinin nəticəsi döyüş meydanında da hiss olunacaq.

APA UNİAN-a istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski Kiyevə səfər edən amerikalı həmkarı Co Baydenlə görüşdən sonra birgə mətbuat konfransında deyib.

"Bu həftə artıq bizim dönməzliyimiz, Rusiya təcavüzünə qarşı mübarizəmizin bir ili tamam olur. Çox simvolikdir ki, biz cənab prezidentlə iki görüşlə dayanıqlılığımızı, əyilməzliyimizi gücləndiririk: mənim və komandamın dekabrda Vaşinqtona səfəri və bu gün prezident və onun komandasının Kiyevə səfəri. Bu səfərlərin nəticələri şübhəsiz ki, döyüş meydanında, əsgərlərimizin güclənməsində və ərazilərimizin azad edilməsində hiss olunacaq", - deyə Zelenski vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR