Ukrayna Prezidenti Vladimir Zelenski Belçika Krallığına səfər edib.
APA xəbər verir ki, bu barədə NATO-nun rəsmi nümayəndəsi Dilan Uayt “X” platformasında yazıb.
Zelenskinin Belçikada bu gün keçirilməsi planlaşdırılan Ukraynanın Müdafiəsi üzrə Təmas Qrupu - “Ramşteyn formatı”nın növbəti görüşündə iştirakla bağlı Krallığa getdiyi bildirilib.
Ukrayna rəhbəri NATO Alyansının Brüsseldəki mənzil-qərargahına gedib. Zelenski burada NATO-nun Baş katibi Yens Stoltenberqlə görüşəcək. Görüşdən sonra Ukrayna Prezidenti və Alyansın Baş katibi jurnalistlərlə brifinq keçirəcək, bundan sonra NATO-ya üzv ölkələrin müdafiə nazirlərinin görüşü başlayacaq.