Bank Of Baku

Zelenski Beynəlxalq Cinayət Məhkəməsinin prokuroru ilə görüşüb - FOTO

Zelenski Beynəlxalq Cinayət Məhkəməsinin prokuroru ilə görüşüb  - FOTO
# 15 sentyabr 2023 15:40 (UTC +04:00)

Ukrayna Prezidenti Vladimir Zelenski Beynəlxalq Cinayət Məhkəməsinin prokuroru Kərim Xanla görüşüb.

APA xəbər verir ki, bu barədə Prezident Zelenski X hesabında paylaşım edib.

"Ukrayna- BCM əməkdaşlığını daha da inkişaf etdirmək üçün prokuror Kərim Xanla görüşdüm. Putin üçün tarixi həbs qərarı daxil olmaqla bu əməkdaşlıqda artıq çox şeyə nail olunub".

Zelenski deyib ki, BCM-in Ukraynada ofisinin açılışı bu əməkdaşlığa töhvə verəcək.

"Bu müharibədə Rusiyanın törətdiyi cinayətlərə görə ədalət qaçılmazdır", - Zelenski qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR