Bank Of Baku

Zelenski bu gün Londona gedəcək

Rişi Sunak - Vladimir Zelenski

© APA | Rişi Sunak - Vladimir Zelenski

# 15 may 2023 10:28 (UTC +04:00)

Ukrayna Prezidenti Vladimir Zelenski bu gün Böyük Britaniyanın paytaxtı Londona səfər edəcək.

APA xəbər verir ki, Zelenski bu barədə “Telegram”da yazıb.

Zelenski qeyd edib ki, havada və yerdə müdafiə imkanlarının artırılmasında Böyük Britaniya liderlik edir. Bu gün keçiriləcək görüşlərdə bu sahədə əməkdaşlıq müzakirə olunacaq.

“Mən dostum Rişi ilə görüşəcəyəm. Biz nümayəndə heyətləri formatında və təkbətək danışıqlar aparacağıq”, - deyə Ukrayna lideri qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR