Bank Of Baku

Zelenski Danimarkaya səfər edib

Vladimir Zelenski, Ukrayna Prezidenti

© APA | Vladimir Zelenski, Ukrayna Prezidenti

# 20 avqust 2023 19:53 (UTC +04:00)

Ukrayna Prezidenti Vladimir Zelenski Danimarkaya səfər edib.

APA-nın xəbərinə görə, Ukrayna Prezidenti bu barədə “Telegram”-da paylaşım edib.

Vladimir Zelenski bildirib ki, Danimarka Baş naziri Mette Frederiksen, kral ailəsinin üzvləri, partiya liderləri, parlament üzvləri və bu ölkənin biznes təmsilçiləri ilə görüşlər keçirəcək. Ukrayna Prezidenti danışıqların gündəliyinə Ukrayna və Danimarka arasında əməkdaşlıq və Ukraynaya “F-16” qırıcı təyyarələrinin tədarükünün daxil olduğunu bildirib.

Qeyd edək ki, bundan öncə Vladimir Zelenski Niderlandda səfərdə olub və 42 ədəd “F-16” təyyarəsinin Ukraynaya tədarükünə dair razılaşma əldə olunduğunu açıqlayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR