Ukrayna çox vacib əks-hücum addımlarına hazırlaşır.
APA CNN-ə istinadən xəbər verir ki, bunu Böyük Britaniyada səfərdə olan Ukrayna Prezidenti Vladimir Zelenski Baş nazir Rişi Sunakla görüşdən sonra jurnalistlərə açıqlamasında deyib. O, ölkənin vaxta ehtiyacı olduğunu əlavə edib:
“Bizim həqiqətən də biraz vaxta ehtiyacımız var. Amma çox yox.”
Zelenski əks-hücum üçün tarix verməyib.
Rişi Sunak isə qeyd edib ki, Ukraynadakı müharibə hazırda həlledici andadır. Əlavə edib ki, ölkəsi Ukraynanın dəstəklənməsinə sadiqdir.