Bank Of Baku

Zelenski gələn həftə Baydenlə görüşəcək

Zelenski gələn həftə Baydenlə görüşəcək
# 14 sentyabr 2023 23:23 (UTC +04:00)

Ukrayna Prezidenti Vladimir Zelenski gələn həftə Nyu-Yorkda keçiriləcək BMT Baş Assambleyasının iclasında iştirak edəcək.

APA xəbər verir ki, bu barədə ABŞ-nin NBC telekanalı məlumat yayıb.

Bildirilib ki, Vladimir Zelenski səfər çərçivəsində ABŞ Prezidenti Co Baydenlə görüşəcək.

Görüşün Nyu-Yorkda və ya Ağ Evdə keçiriləcəyi hələki məlum deyil.

Qeyd edək ki, Zelenski sonuncu dəfə Co Baydenlə bu ilin iyulunda NATO-nun Vilnüs sammiti çərçivəsində, Litvada görüşüb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR