Ukrayna Prezidenti Vladimir Zelenski Kiyev üçün “hava koalisiyası”nın yaradılmasında Londonu liderlik etməyə çağırıb.
APA Ukrayna Prezident ofisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, bu barədə Ukrayna lideri Böyük Britaniyanın Baş nazirinin milli təhlükəsizlik üzrə müşaviri Timoti Barrou ilə Kiyevdə keçirdiyi görüşdə bildirib.
Tərəflər Ukraynaya müdafiə dəstəyinin artırılmasını müzakirə edib və Zelenski Qərb istehsalı olan hərbi təyyarələrin ölkəsinə tədarükünün vacibliyini də qeyd edib.
Görüş zamanı bu ilin iyul ayında Litvanın paytaxtı Vilnüsdə keçiriləcək NATO sammitinə hazırlıq məsələlərini də müzakirə ediblər.
Məlumat da o da deyilir ki, görüşdə Böyük Britaniya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi admiral Toni Radakin və Böyük Britaniya Baş nazirinin hərbi məsələlər üzrə köməkçisi Ceymi Norman iştirak edib.