Kiyevdə səfərdə olan Niderlandın Baş naziri Mark Rutte Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşüb.
APA xəbər verir ki, bu barədə Ukrayna lideri “Telegram”da bildirib.
O, Ukraynanın dostunu - Niderlandın Baş naziri Mark Rutteni Kiyevdə salamlamaqdan məmnun olduğunu vurğulayıb.
Zelenski qeyd edib ki, Niderland Ukraynaya hərbi, maliyyə, humanitar yardım sahəsində liderlərdən biridir.
“Bütün ukraynalılar bu dəstəyə görə həmişə minnətdar olacaqlar və bunu heç vaxt unutmayacaqlar”, - Zelenski əlavə edib.