Zelenski Kulebanın istefasına aydınlıq gətirib

Ukrayna prezidenti Vladimir Zelenski

© APA | Ukrayna prezidenti Vladimir Zelenski

# 05 sentyabr 2024 09:40 (UTC +04:00)

“Dmitri Kuleba ona görə vəzifəsindən istefa verdi ki, onun Ukrayna ordusunun silahla təminatı məsələsini həll etməyə enerjisi çatmırdı”.

APA-nın “UNIAN”a istinadən xəbərinə görə, bunu hakim “Xalqın Xidmətçisi” partiyasının iclasında Ukrayna Prezidenti Vladimir Zelenski deyib.

Ukrayna lideri bildirib ki, keçmiş ədliyyə naziri D.Malyuskanın yeni vəzifəsini açıqlaya bilməz. Bununla yanaşı, prezidentin sözlərinə görə, ədliyyə naziri postundan onun özü ayrılmaq istəyib.

V.Zelenski eyni zamanda Baş nazirin Avropa və Avro-Atlantik inteqrasiya məsələləri üzrə müavini Olqa Stefanişinanın işindən razılıq ifadə edib.

Toplantıda müzakirə edilən məsələlər arasında ölkəni tərk edən ukraynalıların geri qaytarılması ilə məşğul olacaq nazirliyin yaradılması da olub.

Bununla belə, bu quruma rəhbərlik edəcək şəxsin adı açıqlanmayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR