Ukrayna Prezidenti Vladimir Zelenski və Pakistan Prezidenti Arif Alvi arasında telefon danışığı baş tutub.
APA xəbər verir ki, bu barədə Ukrayna prezidenti “Telegram”da yazıb.
Zelenski qeyd edib ki, Pakistan Prezidenti Dr. Arif Alvi ilə telefon danışığı aparıb: “Biz dövlətlərin ərazi bütövlüyü və suverenliyi prinsiplərinin, BMT Nizamnaməsinə hörmətin vacibliyini qeyd etdik. “Taxıl razılaşması”na xüsusi diqqət yetirdik. Dövlətimiz dünya ərzaq təhlükəsizliyinin təminatçısı kimi fəaliyyətini davam etdirməyə hazırdır”.