Bank Of Baku

Zelenski: Putin faktiki olaraq 30 günlük atəşkəsdən imtina etməyə hazırlaşır

Ukrayna Prezidenti Volodimir Zelenski

© APA | Ukrayna Prezidenti Volodimir Zelenski

# 14 mart 2025 00:28 (UTC +04:00)

Vladimir Putin indi faktiki olaraq ABŞ-nin müharibədə 30 günlük atəşkəs təklifindən imtina etməyə hazırlaşır.

APA “Unian”a istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.

“Biz indi hamımız Rusiyadan cəbhədə sakitlik ideyasına cavab olaraq Putindən çox proqnozlaşdırıla bilən, manipulyasiya xarakterli sözlər eşitdik. O, faktiki olaraq atəşkəsdən indidən imtina etməyə hazırlaşır. Putin, təbii ki, prezident Trampa bu müharibəni davam etdirmək istədiyini, ukraynalıları öldürmək istədiyini birbaşa söyləməkdən qorxur”, - Zelenski qeyd edib.

Zelenskinin sözlərinə görə, Putin tez-tez oxşar taktikalara əl atır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR