Bank Of Baku

Zelenski Putinlə kompromisin mümkün olub-olmaması barədə danışıb

Ukrayna Prezidenti Vladimir Zelenski

© APA | Ukrayna Prezidenti Vladimir Zelenski

# 11 sentyabr 2023 14:45 (UTC +04:00)

“Braziliya Prezidenti anlamır ki, Putinin niyyəti müharibəni dayandırmaq deyil, onun mövqeyi müharibəni davam etdirmək, Avropanı bölməkdir”.

APA xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski CNN-ə müsahibəsində deyib.

“Putini anlayan şəxslər başa düşür ki, bu məsələdə seçim etmək lazımdır: siz ya Rusiyanı dəstəkləməlisiniz, ya da Ukraynanı, çünki başqa variant yoxdur. Bu, sadəcə zaman məsələsidir ki, siz bunu nə zaman anlayıb qəbul edirsiniz.

Əgər Prezident Lula bizi dəstəkləmirsə, o, Rusiyanı dəstəkləyəcək. Hətta o, bunu istəməsə belə. Lula deyir ki, kompromis tapmaq lazımdır. Biz də kompromisə hazırıq, amma buna hazır olan tərəflə. Siz Putinin kompromisə hazır olduğunu gördünüzmü? Moldova, Gürcüstan, Çeçenistanda baş verənləri gördünüzmü, o, bu ölkələri işğal etdi, xalqları böldü.

Putinin insan həyatına necə dəyər verməsi, gələcəklə bağlı fikirləri ilə bağlı suallara Priqojinin başına gələnlərə baxaraq Prezident Lula və onun kimi fikirləşənlər cavab tapa bilərlər”, - o qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR