Bank Of Baku

Zelenski Rumıniyaya səfər edib

Zelenski Rumıniyaya səfər edib
# 10 oktyabr 2023 11:43 (UTC +04:00)

Ukrayna Prezidenti Vladimir Zelenski Rumıniyaya səfər edib.

APA xəbər verir ki, bu barədə Prezident Zelenskinin "X" hesabında məlumat verilib.

O bildirib ki, paytaxt Buxarestdə Rumıniya Prezidenti Klaus Yohannislə görüşəcək.

"Biz təhlükəsizlik sahəsində əməkdaşlıq, aviasiya və digər koalisiyaların inkişaf etdirilməsi, Ukraynanın hava hücumundan müdafiəsi, Qara dəniz təhlükəsizlik arxitekturasının gücləndirilməsi və tərəfdaşlarla əlaqələrimizi müzakirə edəcəyik. Rumıniya ən ağır günümüzdə köməyimizə gələn və zaman keçdikcə dəstəyi daha da güclənən dostdur. Əminəm ki, bu səfər xalqlarımız üçün faydalı olacaq", - Ukrayna dövlət başçısı vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR