Bank Of Baku

Zelenski Rusiya ilə danışıqların uğuruna şübhə edir - VİDEO

Ukrayna Prezidenti Vladimir Zelenski

© APA | Ukrayna Prezidenti Vladimir Zelenski

# 04 may 2022 01:22 (UTC +04:00)

Ukrayna Prezidenti Vladimir Zelenski Rusiya ilə sülh danışıqlarının uğuruna şübhə edir.

APA xəbər verir ki, bu barədə o, “The Wall Street Journal”-ın ev sahibliyi etdiyi icraçı direktorların iclasında video vasitəsilə danışarkən açıqlama verib.

"Bizim danışıqlar prossesindəki nümayəndə heyətlərimiz öz səviyyəsində qarşılıqlı fəaliyyət göstərirlər. Onlar liderlərin görüşünün hazırlanmasını müzakirə edirlər. Mən, həqiqətən, belə danışıqlara inanmıram”, - deyə Zelenski bildirib.

Zelenskinin sözlərinə görə, danışıqlar prosesində irəliləyişi yalnız Rusiya Prezidenti Vladimir Putinin xüsusi müraciətindən sonra gözləmək olar. “Danışıqları davam etdirmək vacibdir, lakin Rusiya Federasiyasının prezidenti hər hansı rəsmi müraciəti imzalamayana və ya heç bir rəsmi müraciət etməyənə qədər mən bu danışıqlarda heç bir perspektiv görmürəm”, - deyə Ukrayna lideri bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR