Bank Of Baku

Zelenski: "Rusiya Ukraynanı İran PUA-ları ilə vurur"

Vladimir Zelenski

© APA | Vladimir Zelenski

# 10 oktyabr 2022 14:58 (UTC +04:00)

Rusiya Ukraynanı İranın “Şahed-136” pilotsuz uçuş aparatları (PUA) ilə vurur.

APA xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski "Telegram" kanalında bildirib.

“Biz terrorçularla mübarizə aparırıq. Onlarla raket zərbələri və İran istehsalı "Şahed-136" PUA-ları ilə zərbələr endirirlər. Onların iki hədəfi var: ölkədəki enerji infrastrukturu və insanlar. Onlar Kiyev, Xmelnitski, Lvov, Dnepr, Vinnitisa, İvano-Frankovsk, Zaporojye, Sumı, Xarkov, Jitomir və s. regionlara, ölkənin cənubuna zərbələr endirirlər. Bununla panika və xaos yaratmaq istəyir və ölkəmizin enerji sistemini məhv etmək istəyirlər”, - Zelenski deyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR