Bank Of Baku

Zelenski Rusiyanın ona qarşı bir neçə dəfə sui-qəsd cəhdi etdiyini bildirib

Zelenski Rusiyanın ona qarşı bir neçə dəfə sui-qəsd cəhdi etdiyini bildirib
# 21 noyabr 2023 10:33 (UTC +04:00)

Ukrayna Prezidenti Vladimir Zelenski Rusiyanın “Maydan-3” planının təfərrüatlarını açıqlayıb.

APA xəbər verir ki, Zelenski bununla bağlı “The Sun” nəşrinə müsahibəsində açıqlama verib.

Onun sözlərinə görə, Ukraynada hakimiyyəti dəyişmək üçün nəzərdə tutulan “Maydan-3” əməliyyatı bu ilin sonuna planlaşdırılıb.

Ukrayna lideri qeyd edib ki, Rusiya Ukraynada genişmiqyaslı işğal əməliyyatlarına başlayandan indiyə qədər onu öldürmək üçün bir neçə dəfə sui-qsəd cəhdləri edib.

Zelenski onu da əlavə edib ki, ruslar onu devirmək üçün əllərində olan hər vasitədən istifadə edəcəklər.

“Bu, müharibədir və Ukraynanın öz torpaqlarını müdafiə etmək hüququ var”, - deyə Vladimir Zelenski “fürsət yaranarsa, Ukrayna Putini öldürmək şansından istifadə edəcək ya yox?” sualını cavablandıraraq deyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR