Bank Of Baku

Zelenski Sırskini istefaya göndərib, Drapatıy Ukrayna Silahlı Qüvvələrinin komandanı təyin olunub - YENİLƏNİB

Zelenski Sırskini istefaya göndərib, Drapatıy Ukrayna Silahlı Qüvvələrinin komandanı təyin olunub - YENİLƏNİB
# 22 iyul 2026 00:09 (UTC +04:00)

Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı Aleksandr Sırski vəzifəsindən azad edilib. Ukrayna Silahlı Qüvvələrinin Birləşmiş Qüvvələrinin komandanı Mixail Drapatıy Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı təyin edilib.

APA xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski axşam çıxışında açıqlayıb.

"Mən qərara gəldim ki, Mixail Drapatıy Ukrayna Silahlı Qüvvələrinin yeni Baş Komandanı olacaq. Mixail Drapatıy, Yevqeni Xmara və Pavlo Palisa ilə birlikdə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının konfiqurasiyasının necə yenilənməsini müəyyən etdik", - Zelenski bildirib.

Zelenski Sırskiyə Kiyevin müdafiəsi, Xarkov hücumu və Kursk əməliyyatları, eləcə də Ukraynanın müdafiəsinə verdiyi töhfələrə görə təşəkkür edib.

***

23:37

Ukrayna prezidenti Volodimir Zelenski Silahlı Qüvvələrin Baş Komandanı Aleksandr Sırskini vəzifəsindən azad etmək qərarına gəlib.

Bu barədə məlumatlı mənbəyə istinadən "RBK-Ukrayna" məlumat verib.

Mənbənin məlumatına görə, prezident qərarını yaxın gələcəkdə açıqlaya bilər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR