Bank Of Baku

Zelenski sülh formulunu müzakirə etmək üçün Trampla görüşməyə hazırdır

Zelenski sülh formulunu müzakirə etmək üçün Trampla görüşməyə hazırdır
# 22 noyabr 2023 14:23 (UTC +04:00)

Ukrayna Krım və Donbasın Rusiyaya verilməsinə razı olmayacaq.

APA xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski “Fox News” telekanalına müsahibəsində deyib.

Ukrayna lideri vurğulayıb ki, Krım və Donbas Rusiyaya verilsə, müharibəni dayandırmaq olar, lakin Ukrayna buna razı olmayacaq:

“Bu, sülh planı deyil”, - Zelenski bildirib.

Zelenski ABŞ-nin sabiq Prezident Donald Trampla görüşməyə və onun Ukrayna ilə bağlı sülh planını dinləməyə hazır olduğunu bildirib:

“Gəlin Trampla danışaq və ona sülh formulunda hansı addımların olduğunu göstərmək imkanı verək. Təbii ki, onun aydın sülh planı varsa, mənimlə bölüşə bilər. Mən görüşməyə hazıram”, - Ukrayna Prezidenti vurğulayıb.

Vladimir Zelenski noyabr ayını Vaşinqtonun dəstəyi nöqteyi-nəzərdən ən çətin ay adlandırıb. ABŞ-nin Ukraynaya dəstəyinin davam etdirilməsini zəruri adlandırıb və qeyd edib ki, bu yardımlar Birləşmiş Ştatların da maraqlarına xidmət edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR