Bank Of Baku

Zelenski: Təəssüf ki, Ukraynanı NATO-ya qəbul etmirlər

Ukrayna Prezidenti Volodimir Zelenski

© APA | Ukrayna Prezidenti Volodimir Zelenski

# 20 mart 2025 20:31 (UTC +04:00)

Təəssüf ki, Ukraynanı NATO-ya qəbul etmirlər.

APA “Strana.ua”ya istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski jurnalistlərə açıqlamasında deyib.

“Təəssüf ki, bizi NATO-ya qəbul etmirlər. Biz bunu çox istəyirik, düşünürük ki, bu, bir çox problemləri həll edə bilər. Amma danışılası bir şey yoxdur. ABŞ Kiyevin NATO-da əsas müttəfiqi kimi Ukraynanın alyansa qəbul olunmasını dəstəkləmir. Hazırda vəziyyət belədir”, - ölkə lideri qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR