Zelenski Trampın Ukrayna-Rusiya danışıqlarında iştirakı məsələsindən danışıb

Zelenski Trampın Ukrayna-Rusiya danışıqlarında iştirakı məsələsindən danışıb
# 12 may 2025 21:26 (UTC +04:00)

Ukrayna prezidenti Volodimir Zelenski ABŞ prezidenti Donald Trampın mayın 15-də Ukrayna və Rusiya arasında danışıqların keçiriləcəyi İstanbula səfəri nəzərdən keçirdiyi barədə bəyanatına cavab verib.

APA xəbər verir ki, Zelenski bu haqda öz “Telegram” kanalında məlumat verib.

"Mən indicə prezident Trampın bəyanatını eşitdim. Bunlar çox vacib sözlərdir. Biz bunu istəyirik, öz tərəfimizdən sükutu təmin etməyə hazırıq ", - o deyib.

Dövlət başçısı Putinlə birbaşa danışıqlar ideyasını dəstəklədiyini də qeyd edərək görüşə hazır olduğunu bildirib.

"Mən Türkiyədə olacağam. Ümid edirəm ki, ruslar bu görüşdən yayınmayacaqlar", - Zelenski əlavə edib.

Trampın görüşdə iştirakının mümkünlüyünü şərh edən Zelenski “Ukraynada hamı Trampın orada Ukrayna ilə birlikdə olmağını istəyərdi”, - deyə qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR