Paşha Bank
Bank Of Baku

Zelenski Ukrayna ilə Rusiya arasında atəşkəs razılaşmasının əldə olunmamasının səbəbini açıqlayıb

Zelenski Ukrayna ilə Rusiya arasında atəşkəs razılaşmasının əldə olunmamasının səbəbini açıqlayıb
# 12 noyabr 2026 00:51 (UTC +04:00)

Ukrayna prezidenti Volodimir Zelenski Rusiya ilə atəşkəs məsələsində razılığa gələ bilməmələrinin səbəbini açıqlayıb.

APA xəbər verir ki, onun sözlərinə görə, Rusiya tərəfi bu məsələlərlə bağlı danışıqlar aparmaq üçün müvafiq səlahiyyətə malik olmadığını bildirib.

O bildirib ki, noyabrın 10-11-də Əbu-Dabidə keçirilən danışıqlarda hərbi əsirlərin “1000-ə 1000”, hətta “1200-ə 1200” prinsipi ilə dəyişdirilməsi məsələsi müzakirə olunub. Zelenski Rusiyanın belə bir təklifdən imtina etməsi üçün səbəb görmədiyini vurğulayıb.

Prezident əlavə edib ki, danışıqlarda Qara dənizdə atəşkəs və enerji obyektlərinə qarşı zərbələrin dayandırılması məsələləri də qaldırılıb. Lakin Rusiya nümayəndələri bu məsələlərə cavab vermək səlahiyyətlərinin olmadığını bildiriblər.

Zelenskinin sözlərinə görə, ABŞ nümayəndələri Rusiya prezidenti Vladimir Putinlə görüşdə bu məsələləri müzakirə etməlidirlər. O, həmçinin Ukrayna üçün müzakirə olunan təhlükəsizlik təminatları ilə bağlı Kremlin mövqeyini öyrənmək istəyir.

Ukrayna lideri ərazi məsələləri və digər mühüm mövzuların yalnız liderlər səviyyəsində keçiriləcək üçtərəfli görüşdə müzakirə oluna biləcəyini qeyd edib.

Qeyd edək ki, ABŞ prezidentinin xüsusi nümayəndələri Stiv Uitkoff və Cared Kuşnerin noyabrın 12-də Moskvada Putinlə görüşü gözlənilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR